Tələbələrə Rusiyanın elektron kitabxana sisteminin resurslarından istifadə imkanı yaradılıb

Tələbələrə Rusiyanın elektron kitabxana sisteminin resurslarından istifadə imkanı yaradılıb Rusiyanın “IPR Media” kompaniyası “IPRbooks” elektron kitabxana sisteminin resurslarını noyabrın 1-dən dekabrın 4-dək açıq internet ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) istifadəsinə verib.
ADNSU-nun professor-müəllim heyəti və tələbələr loqin (asoiu.edu.az) və paroldan (9HKpKamL) istifadə etməklə həmin bazadan yararlana bilərlər.
“IPRbooks” elektron kitabxana sistemi ali məktəbdə həyata keçirilən tədris istiqamətləri üzrə lisenziyalı tədris və elmi ədəbiyyatı, jurnalları, audio nəşrləri, video kursları, online testləri özündə birləşdirən unikal resursdur. Platformadan istifadə internetdə tapılmayan ən aktual kitabların bazasına giriş imkanı qazandırır. “IPRbooks” tədrisə aid nəşrləri axtarmağa və satın almağa sərf olunan vaxta və pula qənaət etməyə imkan verir. Sistemə günün istənilən vaxtı bütün elektron cihazlardan məhdudiyyətsiz daxil olmaq mümkündür.

ADNSU-nun Mətbuat xidməti


Oxşar xəbərlər