
Bu fikirləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın rəsmi “Twitter” hesabında bildirib.
Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül isə qələbə paylaşımında bu fikirləri ifadə edib: “Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Zəfərin mübarək olsun, can Azərbaycan!”.
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum da ölkəmizə təbrik göndərənlər sırasındadır. O, “Twitter” hesabında yazıb: “Ata-baba yurdunu yenidən azadlığa qovuşduran can Azərbaycanın zəfəri mübarək olsun, şəhidlərimizin ruhları şad olsun. Nə xoşbəxtdir ürəyi qardaşları ilə birgə döyünən əziz millətimiz”.
Tehsil-press.az