AMEA FİZİKA İNSTİTUNUN MAGİSTRLARINA DİSTANT TƏDRİS TƏŞKİL OLUNUR

AMEA FİZİKA İNSTİTUNUN MAGİSTRLARINA DİSTANT TƏDRİS TƏŞKİL OLUNUR Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun birinci kurs magistrlarına martın 29-dan etibarən distant dərslər keçirilir. Dərslər cədvələ uyğun təşkil olunur.
İkinci kurs magistrlar isə elmi-pedaqoji təcrübə keçirlər. Təcrübələr fizika üzrə fəlsəfə doktoru, dosent Nadir Mustafayevin rəhbərliyi ilə distant təşkil edilir. Təcrübə məqsədi ilə ikinci kurs magistrlar ixtisaslarına uyğun müəllimlərin birinci kurslardakı tədris prosesinə qoşulurlar.
Ümumilikdə AMEA Fizika İnstitutunda birinci kurslar 9 ixtisas (nəzəri və riyazi fizika, bərk cisimlər fizikası, kvant elektronikası, bioloji sistemlər fizikası, yarımkeçiricilər fizikası, nanoelektronika, nanohissəciklər fizikası, biofizika, atom və nüvə fizikası), ikinci kurslar isə 5 ixtisas (nəzəri və riyazi fizika, kvant elektronikası, bioloji sistemlər fizikası, yüksək enerjilər fizikası və yarımkeçiricilər fizikası ) üzrə magistratura təhsili alırlar.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutu


Oxşar xəbərlər