Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanında esseyə verilən qiymətlər açıqlanıb

Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanında esseyə verilən qiymətlər açıqlanıb Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün noyabrın 20-də keçirilmiş xarici dil üzrə elektron sınaq imtahanında yazı bloku üzrə esseyə verilən qiymətlər açıqlanıb.
İmtahanda 174 nəfər iştirak edib. Sınaq imtahanı doktoranturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilib və 2 saat 30 dəqiqə davam edib (dinləyib-anlama, oxuyub-anlama və dildən istifadə (leksik-qrammatik tapşırıqlar) bloklarından ibarət test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazısına 1 saat vaxt ayrılıb).
Sınaq imtahanının iştirakçıları esseyə verilən qiymətlərlə DİM-in saytında yerləşdirilmiş cədvəldə tanış ola bilərlər.
Qeyd edək ki, esse yazısı maksimum 10 balla qiymətləndirilir. İki və daha artıq balla qiymətləndirilən esselər məqbul hesab olunur.
Xatırladaq ki, digər bloklar (oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə) üzrə imtahan nəticələri iştirakçılara noyabrın 20-də, imtahan yekunlaşdıqdan dərhal sonra arayış formasında təqdim olunub.
Yaxın günlərdə DİM-in internet saytında sınaq imtahanında namizədlərin göstərdikləri nəticələr haqqında statistik göstəricilər əsasında təhlil təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər