Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 6 sentyabr tarixində keçiriləcək.
İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 6 sentyabrda, saat 09:00-da başa çatacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.
Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Tehsil-press.az

Oxşar xəbərlər