Bayden heyətinin daha bir qismini də açıqladı

Bayden heyətinin daha bir qismini də açıqladı ABŞ-ın yeni Prezidenti Co Bayden heyətinin daha bir qismini də açıqlayıb.
Bayden KİV-ə açıqlamasında ilk dəfə Ağ Evdə rabitəyə nəzarət edəcək heyətin qadınlardan ibarət olacağını bildirib.
O, sözügedən komandanı “müxtəlif, təcrübəli və istedadlı” kimi xarakterizə edib:
“Amerikalılarla doğru şəkildə əlaqə qurmaq Prezidentin ən vacib vəzifələrindən biridir. Bu komandaya xalqı Ağ Evlə əlaqələndirmək üçün məsuliyyətli bir iş həvalə olunub”.
Həmçinin Bayden və vitse-prezident Kamala Harris Ağ Evin yeni sözçüsünün Cennifer Psaki olacağını açıqlayıb. Psaki Barak Obama dövründə Ağ Evdə çalışıb, sözçünün köməkçisi olub.
Həmçinin Ağ Evin rabitə direktoru Kate Bedinfield, müavini Pili Tobar, mətbuat üzrə katibə Karine Jean-Pierre, Kamala Harrisin rabitə üzrə direktoru Ashley Etienne olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər