“Bayden KİV-in gözündə qalibdir” - Tramp

“Bayden KİV-in gözündə qalibdir” - Tramp ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir.
Bu barədə Donald Tramp özünün Tvitter səhifəsində yazıb: “Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.

Tehsil-press.az

Oxşar xəbərlər