Azərbaycan İlahiyyat İnstitutunda ingilis dili kursları onlayn formatda davam edir

Azərbaycan İlahiyyat İnstitutunda ingilis dili kursları onlayn formatda davam edir Azərbaycan İlahiyyat İnstitutunda ingilis dili kursları onlayn formatda davam edir.
Kurslar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən reallaşdırılan “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində keçirilir. Onlayn dərslərin təşkilində əsas məqsəd tələbələrin xarici dil bacarıqlarının gücləndirilməsi vasitəsilə onların akademik və şəxsi inkişafına töhfə verməkdir. Altı ay davam edəcək dərslərlə bağlı bütün xərclər adıçəkilən layihə tərəfindən qarşılanır. Pandemiya şəraitində tam olaraq onlayn aparılan ingilis dili dərslərində beş qrup üzrə ümumilikdə 50 nəfər iştirak edir. İştirakçılar əsasən İlahiyyat İnstitutunda bakalavriat, magistratura və doktoranturada təhsil alan tələbələrdən ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər