Azərbaycan İlahiyyat İnstitutunda Bilik Günü münasibətilə onlayn iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda Bilik Günü münasibətilə onlayn iclas keçirilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni tədris ilinin başlanması münasibətilə onlayn iclas keçirilib.
İclasda Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə yeni tədris ilinin bütün təhsil müəssisələrində yeni qaydalarla başlanması haqqında danışıb. Rektor yeni dərs ilinin distant formada təşkili, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunmasının təmin edilməsi barədə ətraflı məlumat verib.
Sonra Aİİ-nin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mübariz Camalov tədris ilinin təşkili qaydalarından bəhs edib. Dərslərin Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən keçiriləcəyini qeyd edən prorektor bu proqramın üstünlüklərindən danışaraq, tələbələrin dərslərdə fəal iştirak etmələrini, proqramın üstünlüklərindən yararlanmağı tövsiyə edib.
İclas tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarına uyğun olaraq, həmçinin Təhsil Nazirliyinin müvafiq əmri ilə Aİİ-də 2020-2021-ci tədris ili sentyabrın 15-də bakalavriat və magistratura səviyyələrinin II və yuxarı kurs tələbələri üçün distant formada başlayıb.
Aİİ-də onlayn iclas “Microsoft Teams” platforması üzərindən təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər