Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin Bursada yay məktəbi davam edir

Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin Bursada yay məktəbi davam edir Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbində iştirak edirlər.
Yay məktəbinin ilk günündə müəllimlər tələbələr üçün lazımi şərait yaradıldığını, dərslərin peşəkar müəllimlər tərəfindən tədris olunacağını, asudə vaxtın səmərəli təşkili üçün müxtəlif tədbirlər keçiriləcəyini nəzərə çatdırıblar. Qeyd edilib ki, yay məktəbinin iştirakçıları Bursa şəhərinin tarixi məkanlarına baş çəkəcək, həmçinin Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsində olacaqlar.
Xatırladaq ki, “Yay məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin ixtisas biliklərinin və fərdi bacarıqlarının artırılmasıdır. Burada tələbələrə ərəb və ingilis dilləri, Siyər və “Qurani-Kərim” dərsləri tədris olunacaq.

Aİİ-nin Mətbuat Xidməti


Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin Bursada yay məktəbi davam edir

Oxşar xəbərlər