
clasın təşkil olunmasında məqsəd müəllimlərin onlayn keçiriləcək dərslərlə bağlı məlumatlandırılmasıdır. İclasda onlayn tədrisin dərs cədvəlinə və sillabuslara uyğun təşkil olunması, tələbələrin qiymətləndirilməsi, müəllim-tələbə müzakirəsinin aparılması, mühazirə və digər materialların ötürülməsi və başqa məsələlərlə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra tələbələrin təhsil prosesindən geri qalmaması üçün videodərslərin təşkili həyata keçirilir. Aİİ-də distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər aparılır. Məlumdur ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında uzaq məsafədən təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən aprelin 20-dək ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.
Tehsil-press.az