BDU-da təhsil alan əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edirlər

BDU-da təhsil alan əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edirlər Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Bakı Dövlət Universiteti (BDU) aprelin 1-dən etibarən tədrisin məsafədən təşkilini uğurla davam etdirir.
Universitetin hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr də məsafədən təhsil prosesində fəal iştirak edirlər. Hazırda “Microsoft Teams” platforması vasitəsilə videokonfrans alətinin tətbiqi sayəsində müəllim və tələbələrin virtual məkanda tədris prosesində iştirakı uğurla təmin olunub.
Tələbələrə təlim dili ilə paralel olaraq ixtisas fənləri də tədris olunur. Tədris prosesində Azərbaycan dilçiliyi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, ingilis dili, rus dili (humanitar), Azərbaycan tarixi, beynəlxalq münasibətlər, mülki hüquq, beynəlxalq ümumi hüquq, cinayət prosesi və başqa kafedralarının müəllimləri iştirak edirlər.
Qeyd edək ki, hazırlıq kursunda 6 qrupda ümumilikdə 36 nəfər əcnəbi tələbə təhsil alır. Onlardan 30 nəfəri mütəmadi olaraq onlayn dərslərdə iştirak edir.

Tehsil-press.az

Oxşar xəbərlər