“Vəziyyət son dərəcə ciddidir” - Almaniya Prezidenti

“Vəziyyət son dərəcə ciddidir” - Almaniya Prezidenti Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkə vətəndaşlarına səhiyyə sisteminin işini yüngülləşdirmək üçün təmasları və görüşləri radikal şəkildə azaltmaq çağırışı ilə müraciət edib.
Bu barədə “Deutsche Welle” xəbər verib. O, videomüraciətdə vurğulayıb ki, hazırda ən vacib olanı insanların sağlamlığını və həyatını qorumaqdır.
“Vəziyyət son dərəcə ciddidir. Bir həftə ərzində minlərlə ölüm və infeksiyanın yayılmasının nəzarətdən çıxmaq təhlükəsi bizim həlledici tədbirlər olmadan keçinə bilməyəcəyimizdən xəbər verir”, - Ştaynmayer bildirib. O, pandemiyaya qarşı mübarizədə göstərdikləri səylərə görə həkimlərə və tibb işçilərinə təşəkkür edib.
Qeyd edək ki, Almaniya hökuməti yeni növ koronavirusun (COVID-19) yayılma tempini azaltmaq məqsədi ilə bu il dekabrın 16-dan 2021-ci il yanvarın 10-dək ölkədə sərt karantin rejimi tətbiq edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər