Baydendən ilk - Daxili işlər naziri yerli xalqın nümayəndəsi ola bilər

Baydendən ilk - Daxili işlər naziri yerli xalqın nümayəndəsi ola bilər Cozef Bayden Deb Haalandı ABŞ Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə namizəd göstərəcək.
60 yaşlı Haaland Nyu Meksiko ştatının qərbi-mərkəzi hissəsində yerləşən Albukerk şəhərində məskunlaşan Pueblo xalqının nümayəndəsidir.
Namizəd rəhbər vəzifədə təsdiqlənərsə, Haaland ABŞ-ın yerli amerikan xalqlarından olan ilk nazir olacaq.
Bildirilir ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosi baydenin seçimini dəstəkləyib.
"Prezident onu Daxili İşlər Naziri seçmişdisə, əla seçim etdi" - Pelosi deyib.

Tehsil-press.az

Oxşar xəbərlər