Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq tədbirdə çıxış edib

Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq tədbirdə çıxış edib Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Əbülfəz Tağıyev Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Menzbir Ornitoloji Cəmiyyətinin təşkilatçılığı ilə onlayn formatda keçirilən beynəlxalq tədbirdə iştirak edib.
Tədbirdə Ə.Tağıyev çıxış edərək Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qazanılan şanlı Qələbə, erməni təcavüzündən azad edilmiş torpaqlarımızda faunamıza, xüsusilə ornitofaunaya vurulan ziyanların öyrənilməsi məqsədilə tədqiqatların aparılması, monitorinqlərin keçirilməsi üçün birgə əməkdaşlığın perspektivlərindən danışıb.
Görüşdə birgə tədqiqatların aparılması ilə bağlı ilkin razılıq əldə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər