Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi Qalib Qafarlı Türkiyənin Sakarya Universitetinin təşkilatçılığı ilə keçirilən 18-ci Beynəlxalq türk dünyası sosial elmlər konfransında iştirak edib.
“Google Meet” platforması üzərindən təşkil edilən onlayn beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan və İndoneziyadan 300-ə yaxın tədqiqatçı-alim iştirak edib. Azərbaycanın Vətən müharibəsində qazanılmış qələbəsinə dəstək məqsədilə konfransda iclasların keçirildiyi bölmələr Qarabağ, Şuşa, Xocalı, Xankəndi, Laçın, Cəbrayıl, Ağdam adlandırılıb.
Tədbirdə Qalib Qafarlı “İxracata dövlət dəstəyi sisteminin formalaşdırılmasında beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi müasir dövrdə dünya ölkələrində tətbiq olunan ixracata dövlət dəstəyi mexanizmlərini və onların əsas cəhətlərini diqqətə çatdırıb. Həmçinin təqdimatda dünya ixracatında lider mövqeyə malik dövlətlərin milli ixracatçılar üçün ən çox güzəştli kredit və sığorta xidmətləri göstərən ölkələr olduğu bildirilib.
Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Q.Qafarlı konfransın təşkilat komitəsi tərəfindən beynəlxalq sertifikat və təşəkkürnamə ilə təltif olunub.
Tehsil-press.az