İranda son sutka ərzində daha 5 960 nəfərdə koronavirus aşkarlanıb, 102 nəfər vəfat edib. Bu barədə “worldometers.info” saytında məlumat verilib. Bununla da ölkədə xəstələnənlərin sayı 1 243 434- ə, virus qurbanlarının sayı isə 55 540-a yüksəlib. İndiyədək 1 milyon 13 min 18 nəfər isə virusdan sağalıb.