Paşinyan Ermənistana 39 milyard dollara yaxın ziyan vurub - Erməni ekspert

Paşinyan Ermənistana 39 milyard dollara yaxın ziyan vurub - Erməni ekspert Ermənistanın baş naziri Nikol Paşinyan ölkəyə və erməni xalqına ən azı 38,4 milyard dollarlıq ziyan vurub.
Bu barədə erməni ekspert Mesrop Manukyan öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, insan itkiləri, o cümlədən müharibədə həlak olmuş və itkin düşmüş 4 500 hərbi qulluqçu, 11 minə yaxın əlil, 7 milyard dollarlıq itkiyə bərabərdir.
"Bundan başqa, müdafiə sisteminə 2 milyard dollara yaxın ziyan dəyib, bank sisteminin itkiləri 1 milyard dollara çatır. İnfrastruktura dəyən ziyan 2 milyard dollara yaxındır".

Tehsil-press.az

Oxşar xəbərlər