
Bu barədə “ABC” telekanalı aviadaşıyıcının rüblük cədvəlindən çıxarışlara istinadən xəbər verib.
Birinci rübdə “United Airlines”in gəlirləri 8 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 17% azdır. Aviaşirkət ABŞ-ın federal hökuməti tərəfindən 3,5 milyard dollar birbaşa maliyyə dəstəyi əldə etməyi planlaşdırır. ABŞ-ın Maliyyə Nazirliyi, həmçinin aviadaşıyıcıya güzəştli faizlə 1,5 milyard dollar kredit verəcək.
Xatırladaq ki, bu ilin aprelində aviaşirkət Liberti (Nyu-Cersi ştatı) və Nyu-Yorkdakı La-Quardia beynəxalq aeroportlarında 90%-ə yaxın reyslərinin müvəqqəti ləğv etdiyini açıqlamışdı.
Tehsil-press.az