
Qurum bu hesabların şirkətin manipulyasiya siyasətini pozduğunu əsas gətirərək birdəfəlik bloklayıb.
Ümumilikdə, 373 hesab qapadılıb ki, bunlardan 238-i İranda, 100-ü Rusiyada fəaliyyət göstərir.
Bağlanan Rusiya mənşəli hesabların ABŞ və Avropa İttifaqını hədəf aldığı və NATO-ya olan inamı sarsıdacaq paylaşımlar etdiyi qeyd olunub.
Azərbaycanı hədəf almaq üçün açılan digər 35 hesabın Ermənistan mənşəli olduğu və onların da bloklandığı bildirilib.
Tehsil-press.az