Erməni mərmisi İranda evi uçurub

Erməni mərmisi İranda evi uçurub İranın Şərqi Azərbaycan əyalətində bazar ertəsi günü Ermənistan tərəfindən atılan minomyot mərmisi evi uçurub. Tehsil-press.az-n İSNA agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu əyalətin general-qubernatorunun müavini Səid Şəbistari Xiyabani deyib. Onun sözlərinə görə, mərminin erməni tərəfinə aid olduğu İran ekspertlərinin araşdırmalardan sonra müəyyən edilib. Qeyd olunur ki, İran XİN bu məsələni erməni tərəfi ilə müzakirə edəcək.

tehsil-press.az

Oxşar xəbərlər