
Almaniyanın gömrük xidməti Paraqvaydan Hamburq limanına gətirilən beş dəniz konteynerində 16 ton, Belçika gömrükçüləri isə Panamadan Antverpen limanına gələn gəmidə 7,2 ton kokaindən ibarət narkotik vasitə aşkarlayıblar.
Almaniya gömrük orqanlarının məlumatına görə, bu, indiyədək Avropada müsadirə olunan ən böyük kokain partiyasıdır.
Qeyd edək ki, Paraqvay artıq uzun illərdir ki, Avropanın liman şəhərlərinə göndərilən narkotik yüklərin əsas tranzit ölkəsinə çevrilib. 2020-ci ilin oktyabrında Cənubi Amerikadan Antverpen limanına gətirilən 11,5 ton kokain müsadirə edilmişdi.
Tehsil-press.az