Külli miqdarda aksiz markasız siqaret müsadirə olunub

Külli miqdarda aksiz markasız siqaret müsadirə olunub Gömrükdə külli miqdarda siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Təhsil-press.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21011" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonundan 2340 ədəd "Davidoff" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Məlumatda həmçinin bildirilir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21070" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa və ön oturacaqlarının altından, salonundan gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 9000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər