
Hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil və bununla bağlı hansısa göstəriş verilməyib.
Tehsil-press.az