
Bununla bağlı ölkənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında paylaşım edib.
Nazir bildirib ki, ümumilikdə 76 vilayətdə 41 min 488 Britaniya ştammına yoluxma aşkarlanıb:
“Doqquz vilayətdə 61 Cənubi Afrika, bir vilayətdə iki Kaliforniya-Nyu-York və bir Braziliya ştammı təsbit edilib”.
Nazir qeyd edib ki, mutasiyaların yayılma sürəti artıb:
“Bu artım xəstəxanalarda çarpayı yerlərinin dolmasına paralel şəkildə təsir etməsə də, çox yoluxma çox xəstə potensialını artırır”.
F.Kocanın sözlərinə görə, ölkədə indiyədək 10 milyondan çox koronavirus vaksinasiyası həyata keçirilib.
Tehsil-press.az