Dünyada koronavirusa ən çox yoluxma bu ölkələrdədir

Dünyada koronavirusa ən çox yoluxma bu ölkələrdədir Dünyada son bir gündə koronavirusa 446 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 446 872 hal qeydə alınıb, COVID-19-dan 9 332 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 117 799 584, ölüm hallarının sayı 2 615 018 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 28 879 927 nəfər virusa yoluxub. Daha sonra Hindistan (11 285 561), Braziliya (11 122 429), Rusiya (4 360 823), Böyük Britaniya (4 234 928), Fransa (3 894 447), İspaniya (3 178 442), İtaliya (3 123 368), Türkiyə (2 821 943), Almaniya (2 532 947), Kolumbiya (2 282 372) və Argentina (2 169 694) gəlir.

Tehsil-press.az


Oxşar xəbərlər