
Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında ali təhsil müəssisələrində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramı ilə təhsil almaq istəyənlər aprelin 5-dək müraciət edə bilərlər.
Tehsil-press.az