15 il boyunca işə getməyən şəxs 538 min avro maaş aldı...

15 il boyunca işə getməyən şəxs  538 min avro maaş aldı... İtaliyada xəstəxanaların birində işləyirmiş kimi görünən, ancaq 15 il boyunca işə getməyən şəxsin ümumilikdə 538 min avro maaş aldığı ortaya çıxıb.
Puqlia bölgəsinin Katanzaro şəhərində yerləşən xəstəxanada məmur kimi çalışan şəxsin 2005-ci ildən bəri işə getmədiyi məlum olub.
Ölkə mediasında yayılan xəbərlərə görə, sözügedən adam hadisənin ortaya çıxmaması üçün xəstəxana müdiri təhdid edib. Ancaq müdir təqaüdə çıxdıqdan sonra yerinə təyin olunan yeni müdir sözügedən məmurun işə gəlmədiyini öyrənib. Baş verənlərdən sonra xəstəxana rəhbərliyi və 6 işçi haqqında istintaq başladılıb.

Tehsil-press.az

Oxşar xəbərlər