NDU-nun Koreya Mərkəzində təhsil alan tələbələrin məzun günü

NDU-nun Koreya Mərkəzində təhsil alan tələbələrin məzun günü Naxçıvan Dövlət Universitetində (NDU) Cənubi Koreya Mərkəzinin tələbələri üçün məzun günü təşkil edilib.
Tədbirin əvvəlində Azərbaycan və Cənubi Koreyanın Dövlət himnləri səsləndirilib, daha sonra qabiliyyət yarışması keçirilib. Yarış çərçivəsində rəqs etmək, mahnı oxumaq, Koreya dilində nitq söyləmək, şeir oxumaq və müxtəlif nömrələr təqdim olunub.
Yarışın sonunda tədbir iştirakçılarının səsverməsi nəticəsində qaliblər müəyyənləşdirilib. Qaliblər müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıb. Tədbirdə, eyni zamanda kursu müvəffəqiyyətlə bitirənlər sertifikatla təltif olunub.
Qeyd edək ki, 2011-ci ildə istifadəyə verilən Cənubi Koreya Mərkəzinə yalnız universitet tələbələri deyil, Naxçıvanın istənilən bölgələrindən olan şəxslər də Koreya dilini öyrənmək üçün müraciət edə bilərlər. Mərkəzdə 1 il olmaqla, Koreya dili dərsləri və Koreya mədəniyyəti dərsləri keçirilir. Dərslərdə tələbələr Koreya filmləri izləmə, yemək hazırlama, milli oyunlar, milli rəqslər və milli musiqi alətlərində çalmaq kimi bir sıra təcrübələrə yiyələnə bilirlər.

Tehsil-press.az


Oxşar xəbərlər