Azərbaycan Dillər Universitetində Koreya guşəsi açılıb

Azərbaycan Dillər Universitetində Koreya guşəsi açılıb Azərbaycan Dillər Universitetində Koreya guşəsinin açılışı olub.
Açılışda Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op, beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova və rektorun məsləhətçisi Anar Osmanlı iştirak ediblər.
Tədbirdə çıxış edən Jalə Qəribova göstərilən dəstəyə görə Koreya fondu və Koreyanın Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirib.
Səfir Kim Tong Op isə çıxışında çox az ölkədə Koreya guşəsi və mərkəzinin bir arada olduğunu deyib. O, universitetdə Koreya Mədəniyyət Mərkəzinin uğurlu fəaliyyətini xüsusi qeyd edib. Rəsmi açılışdan sonra səfir universitet rəhbərliyi və Koreya dili tərcümə ixtisası üzrə təhsil alan tələbələrlə səmimi söhbət edib.
Koreya fondunun maliyyə dəstəyi ilə açılan guşədəki çoxlu sayda kitab və multimedia materiallarından Koreyaya marağı olan hər kəs istifadə edə biləcək. Guşədə, eyni zamanda, milli geyimlər və suvenirlər də sərgilənib. Yeni guşənin açılması Koreya ilə ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər