
Ümumi yığıncaq hibrid rejimdə təşkil olunub. İştirakçıların diqqətinə gündəlikdə duran məsələlər çatdırılıb.
Qeyd olunub ki, AMEA respublikamızda elmi fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən dövlət təşkilatıdır. Elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, yüksəkixtisaslı kadrlar hazırlanması, elmi-tədqiqatların əlaqələndirilməsi, elmi araşdırmaların ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi akademiyada həyata keçirilən islahatların əsasını təşkil edir.
Ümumi yığıncaqda qurumun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib. Bildirilib ki, AMEA-nın elmi müəssisələrində 157 problem, 540 mövzu üzrə 1618 elmi-tədqiqat işi aparılıb, 134 mühüm elmi nəticə əldə edilib. Akademiyanın alimləri tərəfindən 550-yə yaxın kitab, 7 mindən artıq məqalə və tezis çap olunub, onlardan təxminən 2700-ü xaricdə nəşr olunub.
Məruzə ətrafında aparılan müzakirələrdə akademiyanın qarşısında duran vəzifələrdən danışılıb, təkliflər irəli sürülüb.
Sonda təşkilati məsələlərə baxılıb.
Tehsil-press.az