ADU-nun Konfutsi İnstitutunda Çin Əjdaha qayıq bayramı qeyd edilib

ADU-nun Konfutsi İnstitutunda Çin Əjdaha qayıq bayramı qeyd edilib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi Əjdaha qayıq bayramı münasibətilə onlayn tələbə seminarı təşkil edib.
Bayram Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan Tsui Yuanın xatirəsinə həsr edilib.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov fəlsəfi ümumiləşdirmələrlə, böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət kimi yüksək insani hisslərlə dolu Çin poeziyası haqqında məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Azərbaycan” və “Çin səddi” şeirlərini Çin dilində söyləyib.
Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Əjdaha qayıq bayramının yaranma tarixi və ənənələrindən danışıb. O, məşhur Azərbaycan şairlərinin Çinə həsr etdikləri əsərlərindən bəhs edib.

Tehsil-press.az


Oxşar xəbərlər