"Güneydəki bacı və qardaşlarımız yaxşı görür ki, Azərbaycan davasında Türkiyə və İran hansı cəbhədə yer alıb"

İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana və Şuşaya gözlənilən tarixi səfərinə ilginc şərh verib, uzağa gedən iddialarda bulunub:
"Sayın Ərdoğanın Şuşaya səfəri Güney Azərbaycanda getdikcə güclənən milli hərəkata yeni təkan verəcək.
Güneydəki bacı və qardaşlarımız yaxşı görür ki, Azərbaycan davasında Türkiyə və İran hansı cəbhədə yer alıb.
Türkiyə sadəcə Quzey Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün sinəsini qabağa vermədi, həm də Azərbaycanın bütövləşməsi üçün böyük işlər gördü.
Mən əminəm ki, Türkiyə ilə çiyin-çiyinə dayanan Azərbaycan tezliklə əzəmətli bir dövlətə çevriləcək. Və bu iki türk dövlətinin birliyindən doğan uğurlar digər türk dövlətləri üçün də nümunə olacaq..."

Tehsil-press.az



Oxşar xəbərlər