Ərdoğan Azərbaycanda

Ərdoğan Azərbaycanda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana səfərə gəlir.
Ötən gün andiçmə mərasimi olan Ərdoğan ilk rəsmi səfərini həyata keçirmək üçün “TUR” özəl təyyarəsi ilə səhər saatlarında Bakıya yola düşüb.
Türkiyə lideri Bakı səfərindən sonra Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.
***
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanı hava limanında baş nazirin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özsoral və digər rəsmilər qarşılayıb.

Tehsil-press.az


Oxşar xəbərlər