
Bu barədə "DIe Welt" nəşri hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Nəşr vurğulayıb ki, Hamburqda Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma ola bilər. Qeyd olunur ki, Almaniyada terrorçu PKK-nın tərəfdarları çoxdur. Terroçu təşkilatın tərəfdarları ilə Türkiyə vətəndaşları arasında qarşıdurma ola bilər.
Qeyd edək ki, mayın 16-da Türkiyə prezidentinin Vaşinqtona səfəri zamanı oxşar hadisə yaranıb. Nəticədə azı 9 nəfər xəsarət alıb.
Hakimiyyət orqanları buna bənzər hadisənin ABŞ prezidenti Donald Trampın gəlişi zamanı da yarana biləcəyindən ehtiyat edir.
Təhsil-press.az