İranı etirazlar dalğası bürüdü

İranı etirazlar dalğası bürüdü İranın bir sıra şəhərlərində elektrik enerjisinin verilişində yaranan fasilələr səbəbindən etiraz aksiyaları keçirilib.
Bütün İran ərazisində elektrik enerjisinin verilməsində fasilələr isti hava şəraitinin başlanması ilə əlaqədardır və artıq bir müddətdir ki, davam edir. Bəzən işıq 5-6 saat ərzində yanmır ki, bu da iranlıların gündəlik həyatına mənfi təsir edir.
Bundan əlavə, ISNA informasiya agentliyinin məlumatına əsasən, aksiyalar Gülüstan əyalətinin Kürdkey, Bender Qez, Bender Türkmən və Akkala rayonlarında, Mazandaran əyalətinin Babulse və Kaimşehr Amul rayonlarında baş tutub.
Həmçinin, vətəndaşlar paytaxt Tehranın cənubunda elektrik enerjisi idarəsinin binasında da etiraz aksiyası təşkil ediblər.
Aksiya iştirakçıları İranın yol və şəhərsalma naziri Məhəmməd Eslaminin istefasını tələb edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər