
Karakasda elektrikin kəsilməsi ilə əlaqədar metropolitenin fəaliyyəti dayanıb və mobil rabitədə fasilələr müşahidə edilir.
Qeyd edək ki, daha əvvəl Venesuelanın elektrik enerjisi üzrə milli korporasiyası ölkənin ən iri su elektrik stansiyası olan “El-Quri”yə hazırlanan təxribat barədə məlumat vermişdi.
2016-cı ilin yanvarında Bolivar ştatında yerləşən “El-Quri” gücünə görə dünyada dördüncü stansiya hesab edilib.
Tehsil-press.az