Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə start verilir

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə start verilir 2021-2022-ci tədris ili üzrə peşə məktəblərinə boş qalan yerlər üçün tələbə qəbulunun II mərhələsinə başlanılır.
Müraciətlər portal.edu.az platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 6-sı saat 23:59-dək davam edəcək. Peşə məktəblərinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Peşə təhsil üzrə tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi edə bilərlər.
Qeyd edək ki, peşə məktəblərinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər