
Bunu açıqlamasında Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar bildirib. O qeyd edib ki, universitetlərdə təhsil gələn aydan bərpa olunacaq və bəzi fənlər əyani, bəziləri isə onlayn şəkildə keçiriləcək.
“Hazırda yeni akademik ilə başlayırıq. Bu ayın sonlarına doğru, bəlkə oktyabrın əvvəlində universitetlərimiz açılacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə ümumi bir açılış olacaq”, - deyə Özvar söyləyib.
Tehsil-press.az