Sentyabr ayında orta məktəblərin hibrid qaydada açılması, yoluxma sayının müəyyən həddə qədər azaldılmasından asılıdır

Sentyabr ayında orta məktəblərin hibrid qaydada açılması, yoluxma sayının müəyyən həddə qədər azaldılmasından asılıdır Sentyabr ayında orta məktəblərin hibrid qaydada açılması sanitar-gigiyenik normalara əməl etməyimizdən, sosial davranış qaydalarını qorumağımızdan və bunu başqalarından tələb etməyimizdən asılıdır.
Bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
V.Yaqublu bildirib ki, qarşıdakı bir aydan az müddətdə yoluxmanı müəyyən normaya, həddə qədər azaltmaq mümkün olsa, biz rahat şəkildə məktəblərə qayıda biləcəyik, əks halda yox. Yekunda bunu Nazirlər Kabineti və Operativ Qərargahın verdiyi qərar müəyyənləşdirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər