
Görüşdə işğaldan azad edilmiş ərazilərdə agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Fransanın Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi ayırması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.
Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi məsələləri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.
Tehsil-press.az