ANAMA: 11 partlayış yerinə baxış keçirilib

ANAMA: 11 partlayış yerinə baxış keçirilib ANAMA cəbhə xəttinə yaxın evlərdə və partlayış yerlərində minatəmizləmə əməliyyatlarını davam etdirir. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ağdam rayonu
Mahrızlı kəndi - 1 əkin sahəsində 7 partlayış yerinə baxış keçrilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götrülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.
Cəmi: 1 əkin sahəsi, 7 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.
Tərtər rayonu
Həsənqaya kəndi – 1 ev və həyatyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.
Cəmi: 1 ev və həyatyanı sahə, 4 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.
İyulun 18-də 1 ev və həyatyanı sahə, 1 əkin sahə, 11 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 18 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 622 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 591 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Tehsil-press.az

Oxşar xəbərlər