2021-2022-ci tədris ili üçün İncəsənət Kollecinin boş qalan yerlərinə 4 ixtisas üzrə qəbul aparılıb

2021-2022-ci tədris ili üçün İncəsənət Kollecinin boş qalan yerlərinə 4 ixtisas üzrə qəbul aparılıb 2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində ən yüksək keçid balı dizayn (sahələr üzrə) ixtisası üzrə (ödənişli əsaslarla) 122.7 bal olub.
Bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında məlumat verilib. Bildirilib ki, kollecdə ən aşağı keçid balı isə dekorativ-tətbiqi sənət ixtisası üzrə (ödənişli əsaslarla) 76.6 bal olub.
Qeyd edək ki, İncəsənət Kollecinə boş qalan plan yerlərinə qəbulda teatr dekor sənəti üzrə keçid balı 122.7, rəngkarlıq ixtisası üzrə (ödənişli əsaslarla) 82.4 bal olub. Bütün ixtisaslar üzrə təhsil əyani formadadır.

Tehsil-press.az

Oxşar xəbərlər