
Lənkəran Dövlət Universitetində coğrafiya, tarix müəllimliyi, beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, marketinq, menecment, mühasibat ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Qeyd olunan ixtisaslar üzrə təhsil ödənişli və əyani formadadır.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Tehsil-press.az