
Bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.
Azərbaycan Milli Konservatoriyasında bəstəkarlıq, dirijorluq (xalq çalğı alətləri orkestrinin dirijorluğu, xor dirijorluğu) və vokal sənəti (milli vokal) üzrə ödənişli əsaslarla təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Təhsil əyani formadadır.
Xatırladaq ki, ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq.
Tehsil-press.az