UNEC-də I və II ixtisas qrupları üzrə qəbul planında 32 yer boş qalıb

UNEC-də I və II ixtisas qrupları üzrə qəbul planında 32 yer boş qalıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2021-2022-ci tədris ili üzrə qəbul planında I və II ixtisas qrupları üzrə 32 yer boş qalıb.
Bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.
Birinci qrupda maşın mühəndisliyi, ikinci qrupda isə marketinq və menecment ixtisasları (Zaqatala filialı) üzrə ödənişli əsaslarla təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Təhsil əyani formadadır.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər