
Sentyabrın 9-dan etibarən başlanan pedaqoji kursda 6 həftə ərzində 21 müəllim ADPU-nun filiallarında (Bakı, Quba, Cəlilabad, Ağcabədi, Şəki və Şamaxı) 341 tərbiyəçi-müəllimlə məktəbəqədər təhsillə bağlı nəzəri və praktik bilikləri paylaşıblar.
Qeyd edək ki, pedaqoji kursun məqsədi regionlarda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi üzrə fəaliyyət göstərən tərbiyəçi-müəllimləri məktəbəqədər yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək, onların bilik və bacarıqlarını artırmaqdır. Həmçinin pedaqoji kurs ADPU-nun Məktəbəqədər təhsil fakültəsini daha müasir, yeni yanaşmaları əhatə edən zəngin materiallarla təmin edəcək.
Tehsil-press.az