
Bu dəfə “5165” hərəkatının tərəfdarları etiraz aksiyası keçirir və onlar aksiyaya İrəvan metrosundan başlayıblar.
Hərəkat nümayəndələri “Eritasardakan” stansiyasında hər iki istiqamətdə qatarların hərəkətini 9 dəqiqə ərzində dayandırıblar.
İştirakçılar aksiyanın davam edəcəyini bildirib və hər kəsi axşam Respublika Meydanında toplaşmağa çağırıb.
Qeyd edək ki, “5165” parlamentdənkənar partiyası və onun tərəfdarları noyabrın 22-dən İrəvanda Paşinyana qarşı etiraz aksiyası keçirirlər.
***
İrəvan metropolitenin mətbuat katibi Tetev Xaçatryanın sözlərinə görə, metronun fəaliyyəti tam olaraq bərpa olunub.
Tehsil-press.az