Stilist Yelena Şevçenko sosial şəbəkələrdə paylaşdığı tövsiyələrdə 2026-cı ilin Yeni il gecəsi üçün uyğun rəng palitrasını açıqlayıb.
Qırmızı tonlar: güc və aktivlik
Qırmızı, bardovu və yaqut çalarları 2026-cı ilin əsas rəngləri hesab olunur. Bu tonlar qətiyyət, cəsarət və məsuliyyət götürmək istəyi ilə əlaqələndirilir. Çalarlar həm isti, həm də soyuq ola bilər, əsas məqsəd güc və özünə inam hissi yaratmaqdır. Bu rənglər Odlu At ilinə fəal başlamaq, risklərdən çəkinməmək istəyənlər üçün xüsusilə uyğundur.
Mərcan çəhrayi və narıncı: dinamika və cəsarət
Mərcan, çəhrayi, narıncı rəng kimi parlaq və isti tonlar obrazda enerji və hərəkət hissi yaradır. Bu rənglər xüsusilə isti dəri tonuna malik insanlar üçün uyğundur və irəli atılmaq, yeniliklərə açıq olmaq mesajı verir. Narıncı və şaftalı çalarları yeni başlanğıclarda qətiyyət və cəsarəti simvolizə edir.
Qızılı və metallik çalarlar: maliyyə uğuru və status
Qızılı, bürünc və latun çalarları 2026-cı ildə maddi rifah və sosial mövqe axtaranlar üçün ideal seçim sayılır. Sarı-qızılıdan şampan rənginə qədər olan isti metallik tonlar zənginlik, bolluq və özünə inam hissi yaradır. Bu rənglər bayram obrazına zəriflik və status qatır.
Sarı və bal çalarları: bolluq və şans
İsti sarı, bal rəngləri, karamel, xardal və “əridilmiş yağ” kimi tanınan tonlar firavanlıq və uğur rəmzi hesab olunur. Bu çalarlar sabitlik, rahatlıq və müsbət enerji hissi yaradır və təkcə bayram geyimində deyil, gündəlik qarderobda da istifadə oluna bilər.
Yaşıl rəng: inkişaf və harmoniya
Zümrüd, meşə yaşılı və tünd ot yaşıl çalarları inkişaf, həyat enerjisi və düzgün qərarlar vermə ilə əlaqələndirilir. Bu rənglər Odlu Atın enerjisini balanslaşdıraraq 2026-cı ildə daxili harmoniya və sağlam seçimlər etməyə dəstək olur.
Uzaq durulmalı rənglər
Mütəxəssislər 2026-cı ildə tam qara geyimlərdən çəkinməyi tövsiyə edirlər. Qara rəng enerjini zəiflədir və ağırlıq hissi yaradır. Eyni zamanda mavi və göy çalarlar da məsləhət görülmür, çünki bu soyuq tonlar Odlu Atın alovlu enerjisini söndürə bilər. Solğun boz və tünd, “boğucu” qəhvəyi rənglər də durğunluq və passivlik hissi yaratdığı üçün uyğun hesab edilmir.
Tehsil-press.az








