Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 79 və 185 nömrəli məktəblərdə əyani dərslər bərpa olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 79 və 185 nömrəli məktəblərdə əyani dərslər bərpa olunub Paytaxtdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Tehsil-press.az


Oxşar xəbərlər